Arif Damar

Arif Damar

[[ARİF DAMAR]]

[[Arif Damar]] 23iyul, 1925-ci ildə Çanaqqalanın [[Gelibolu]] bölgəsi olan [[Qarainbəyli]] kəndində anadan olmuşdur. Orta məktəbi ilk Çanaqqalada, daha sonra isə İstanbuldakı Yeniqapı Orta Məktəbində oxumuşdur. İstanbul Oğlanlar Kollecindəki təhsilini yarımçıq saxlamışdır. Şeir yazmağa 1-ci sinifdə oxuyarkən başlamışdır. İlk şeiri sayılan [["Ədirnədə Axşam"]] 1940-cı ildə (15 yaşında) "Yeni İnsanlıq" adlı dərgidə altında "Harika Çocuq" yazılan qeydlə dərc olunmuşdur. Bu şeiri marağa səbəb olmuş, derc olunduqdan sonra dövrün məşhur şairi olan Həsəb İzzəttin Dinamo onu görmək üçün Yeniqapı Orta Mektəbinə gəlmişdir. [[1944]]-cü ildə Ankaraya köçərək 1950-ci ilə qədər orada yaşamışdır. [[1945]]-ci ildə "And" dərgisində dərc etdirdiyi şeirlərlə məşhurlaşdı. [[1944-1947]]-ci illərdə Atatürk Orman Çiftliyi'ndə çalışmışdır. Əsgərliyini Qeysəriyyə ve Sivasda sürgünlük şəraitində etdikdən sonra 1950-ci ildə İstanbulda qayıtmış, Mahmudpaşada satıcılıqla məşğul oldu. 1951-ci ilin Sentyabrından 1952-ci ilin Martına qədər Türkiyə Kommunist Partiyasının rəhbərliyində çıxan "Yerüzü" adlı mədəniyyət dərgisində redaktorluq etmişdir. 15 Noyabr, 1951-ci ildə yayınlanan "Dayanılmaz" adlı şeirinin ardından gizli təşkilata üzv olmaqda təqsirləndirilərək 5 Dekabr, 1951-ci ildə həbs olunmuşdur, 2 il həbsdə qalmış, dəlil yetərsizliyi səbəbiylə bəraət etmişdir. Həbsdən çıxdıqdan sonra müxtəlif işlərdə çalışmışdır. Bir müddət Arif [["Bəriqət"]]adıyla ictimai gerçəkliyə dayalı şeirlər yazmışdır. Buradakı şeirlərini 1956-cı ildə [["Gündən Günə"]] adlı kitabında toplamışdır. Kitab çap olunduqdan 5 ay sonra yığışdırılmış, lakin daha sonra bəraət etmişdir. 1958-ci ildə "İstanbul Buludu" adlı kitabıyla "Yedditəpə Şeir Ərmağanı"nı [[Camal Sürəyya]] ilə birlikdə almışdır. Sonralar İkinci Yeni şairlərinin yanında obraza üstünlük verən şair kimi tanındı. 1969-cu ildə Suadiyyədə [["Yerüzü Kitabevi"]]ni quraraq idarə etdi. Yayınevində qadağa olunmuş yayın saxlaması haqda teqsirlendirilerek 1982-ci ildə üç ay hebs cəzası alaraq Bozcada həbsində yatdı. 1984-cü ildə kitabevini bağlayaraq həyatını bütünlüklə yazılarına həsr etdi. "Arif Hüsnü", "Ece Ovalı" kimi uydurma adlardan istifadə etdi. Ən sevilən şeirlərindən biri "Xellac"dır. 1985-ci ildə Məlih Cövdət Anday ilə ortaq imza atdığı [["Yağmurlu Sokak"]] adlı romanı nəşr olundu. Bu kitabı iki yazıçı [[1959]] -cu ildə yazmışlar və [[ "Murad Tək"]] uydurma adı ilə "Tərcüman Qəzeti"ində davamı çıxmışdır. Son olaraq "Cümuriyyət qəzeti"ində [["Ayın şairi"]] hissəsini hazırlayırdı. Bir müddət Nahid Firatlı ilə evli olan Damar bu evliliyin bitməsindən sonra Meriç Tülin ilə evlənmişdir. İstanbul Modada yaşamışdır. Məcmu şeirləri 2004-cü ildə Alkım Yayınevində çıxmışdır. Arif Damar 20 Oktyabr 2010-cu ildə saat 03:00-da qaldığı Göztəpə Eğitim və Araşdırma Xəstəxanasında həyatını itirmişdir. Kadıköy Moda Məscidində qılınan cənazə namazının ardından [[Cəngəlköy]] məzarlığında torpağa tapşırılmışdır

Kitapları

This article is issued from Vikipedi - version of the 12/27/2016. The text is available under the Creative Commons Attribution/Share Alike but additional terms may apply for the media files.